satellite   Azerspace-1: 11135 H 30000

XİN rəsmisi: İran ABŞ ilə birbaşa olmayan danışıqları davam etdirməyə hazırdır

XİN rəsmisi: İran ABŞ ilə birbaşa olmayan danışıqları davam etdirməyə hazırdır

İran ABŞ ilə birbaşa olmayan danışıqları davam etdirməyə hazırdır.

Naxçıvan televiziyası “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Reza Nəcəfi bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə İranın nüvə proqramına dair “altılıq”la əldə edilmiş Əhatəli Razılaşma Planı üzrə danışıqları bərpa etməyə hazırdır.

Nazir müavini deyib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 15 hesabatı İranın öhdəliklərinə əməl etdiyini isbatlayır.

O, ABŞ-nin bu plandan çıxmasına görə ovaxtkı Prezident Donald Trampı ittiham edib.

Qeyd edək ki, 2015-ci ilin yayında tərəflər arasında Əhatəli Razılaşma sənədi imzalanıb. İranın həlak olmuş Prezidenti İbrahim Rəisinin başçılıq etdiyi hökumətin dövründə Omanın vasitəçiliyi ilə danışıqlar davam edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM