satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə XİN Ərdoğanla Əsədin Moskvada görüşəcəyi ilə bağlı xəbərləri təkzib edib

Türkiyə XİN Ərdoğanla Əsədin Moskvada görüşəcəyi ilə bağlı xəbərləri təkzib edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd arasında Moskvada planlaşdırıldığı iddia edilən görüşlə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “ANKA” nəşrinə Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi məlumat verib.

“Prezidentimizin Moskvada Suriya prezidenti Əsədlə görüş keçirəcəyi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil” ,- deyə o qeyd edib.

Qeyd edək ki, “Daily Sabah” qəzeti daha əvvəl mənbəyə istinadən yazıb ki, Ərdoğanla Əsəd arasında 2011-ci ildən bəri ilk görüş avqust ayında Rusiya paytaxtında baş tuta bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM