satellite   Azerspace-1: 11135 H 30000

Fransa məhkəməsi kanak bayrağından istifadəni məhdudlaşdırıb

Fransa məhkəməsi kanak bayrağından istifadəni məhdudlaşdırıb

Son 2 ildə Yeni Kaledoniya sakinlərinin sürücülük vəsiqələrində Fransa bayrağı ilə yanaşı kanak xalqının da bayrağı əks olunurdu.

Naxçıvan televiziyası “Franceinfo” saytına istinadla xəbər verir ki, Numea İnzibati Məhkəməsi sürücülük vəsiqələrində yalnız Fransa bayrağının əks olunmasına qərar verib. Məhkəmə qərarında göstərilir ki, kanak bayrağı rəsmi simvol olmadığı üçün Fransa bayrağı ilə yanaşı rəsmi sənədlərdə işlədilə bilməz. Eyni hal dövlət binalarına da şamil edilir.

Kanak bayraqlı sürücülük vəsiqələrinin verilməsi dayandırılıb. Daha verilmiş vəsiqələrin isə dəyişdirilməsi üçün sürücülərə 6 ay vaxt verilib. Bu müddətdə sənədini yeniləməyənlər cərimə ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM