satellite   Azerspace-1: 11135 H 30000

Litva ABŞ-dan “Javelin” üçün 6,5 milyon avroluq raket partiyası alıb

Litva ABŞ-dan “Javelin” üçün 6,5 milyon avroluq raket partiyası alıb

ABŞ Litvaya tank əleyhinə “Javelin” sistemləri üçün 6,5 milyon avro dəyərində raket partiyası göndərib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bunun Litva ordusunun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcəyi qeyd edilir.

Satın alınan raketlərin sayı dəqiqləşdirilməsə də, partiyanın dəyərinin 6,5 milyon avro (7 milyon dollar) olduğu bildirilir. Eyni silahlardan ibarət 16,6 milyon dollarlıq ilk partiya Litvaya may ayında çatdırılmışdı.

2023-cü ilin dekabrında Litva və ABŞ beş illik müddəti əhatə edəcək hərbi əməkdaşlıq planını imzalayıb. Plan çərçivəsində Litva ordusu üçün lazım olan silahların, o cümlədən HIMARS reaktiv yaylım atəş sistemlərinin, zirehli maşınların və tank əleyhinə “Javelin” raketlərinin tədarükü üçün 60-a yaxın layihə həyata keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM