satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Hindistan banklarına sanksiya xəbərdarlığı edib

ABŞ Hindistan banklarına sanksiya xəbərdarlığı edib

ABŞ Maliyyə Nazirliyi Hindistan banklarına xəbərdarlıq edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin maliyyə nazirinin birinci müavini Uolli Adeyemonun Hindistan Banklar Assosiasiyasına göndərdiyi məktuba istinadən məlumat yayıb.

“Biz bilirik ki, Rusiya ordusu kritik malların, o cümlədən mikroelektronikanın idxalına arxalanır və xarici maliyyə institutlarına müraciət edir”, - məlumatda deyilir.

Bildirilir ki, Hindistan bankları 30 gün ərzində ölkə bizneslərini ABŞ-nin anti-Rusiya məhdudiyyətləri barədə məlumatlandırmaq üçün tədbirlər görməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM