satellite   Azerspace-1: 11135 H 30000

Danimarka və Niderland Ukraynaya 14 “Leopard 2” tankı göndərəcək

Danimarka və Niderland Ukraynaya 14 “Leopard 2” tankı göndərəcək

Danimarka və Niderland yayın sonunadək Ukraynaya daha 14 “Leopard 2” tankı tədarük edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

“Ötən il Niderland və Danimarka “Rheinmetall” kompaniyası tərəfindən əsaslı təmir edilən 14 “Leopard 2A4” tankı alıb. Tanklar yayın sonunadək Kiyevə təhvil veriləcək”, - deyə məlumatda bildirilir.

Niderlandın müdafiə naziri Ruben Brekelmans isə öz növbəsində döyüş meydanındakı çətin vəziyyətlə əlaqədar Ukraynanın daha çox hərbi dəstəyə ehtiyacı olduğunu qeyd edib. Onun sözlərinə görə, Amsterdam tərəfdaşları və müttəfiqləri ilə birgə Ukraynaya lazımi dəstəyi davam etdirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM