satellite   Azerspace-1: 11135 H 30000

Moldovanın maliyyə naziri istefa verib

Moldovanın maliyyə naziri istefa verib

Moldovanın maliyyə naziri Petru Rotaru istefa verib.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova hökumətinin başçısı Dorin Reçan "Facebook"da yazıb.

Bu, Reçanın başçılıq etdiyi kabinetdə son 12 ay ərzində artıq beşinci istefadır.

Bundan əvvəl daxili işlər naziri Anna Revenko, təhsil və infrastruktur nazirləri Anatoli Topala və Liliya Dabija, eləcə də ətraf mühit naziri İordanka-Rodika İordanova da öz postlarını tərk ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM