Barak və Mişel Obamalar Harrisin ABŞ prezidentliyinə namizədliyini dəstəkləyib

Barak və Mişel Obamalar Harrisin ABŞ prezidentliyinə namizədliyini dəstəkləyib

ABŞ-ın sabiq dövlət başçısı Barak Obama və onun həyat yoldaşı Mişel noyabrın 5-də keçiriləcək prezident seçkilərində Kamala Harrisin namizədliyini dəstəkləyib.

NUHÇIXAN xəbər verir ki, Barak və Mişel Obamalar mövqelərini özlərinin sosial media hesablarında bildiriblər.

“Mişel və mən dostumuz Kamala Harrisə zəng edərək əla prezident olacağını və onu tam dəstəklədiyimizi dedik. Seçkilərdə onun qalib gəlməsi üçün əlimizdən gələni edəcəyik”, - deyə Barak Obama yazıb.

Mişel Obama isə öz növbəsində pozitivliyi, yumor hissi və insanlara ümid vermək bacarığına görə Kamala Harrisin Demokratlar partiyasından dövlət başçısı postuna namizədliyini dəstəklədiyini vurğulayıb.

Qeyd edək ki, iyulun 21-də ABŞ-ın hazırkı Prezidenti Cozef Bayden dövlət başçısı postuna yenidən seçilmək istəmədiyini elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM