BMT rəhbəri həddindən artıq isti havanın təsirlərinə qarşı qlobal tədbirlər görməyə çağırır

BMT rəhbəri həddindən artıq isti havanın təsirlərinə qarşı qlobal tədbirlər görməyə çağırır

BMT-nin Baş katibi Antonio Quterreş həddindən artıq isti havanın təsirlərinə qarşı qlobal tədbirlər görməyə çağırır.

NUHÇIXAN BMT-nin saytına istinadla xəbər verir ki, bununla bağlı Antonio Quterreş mətbuata açıqlama verib. O bildirib ki, milyardlarla insan həddindən artıq isti hava ilə üz-üzədir. Getdikcə temperatur qalxaraq demək olar ki, bütün dünyada 50 dərəcə Selsidən çox olur.

Həddindən artıq temperaturun təsirlərindən danışan Quterreş insanların istidən xəstəxanalara düşməsini və ölüm hallarının artmasını buna nümunə olaraq qeyd edib. BMT rəhbəri ABŞ-da temperatur rekordlarına, Həcc ziyarəti zamanı 1300 zəvvarın ölümünə, Avropanın bəzi şəhərlərində turizm məkanlarının, məktəblərin bağlanmasına ölümcül isti dalğasının səbəb olduğunu vurğulayıb. O, bu hadisələrin Asiya və Afrikada 80 milyondan çox uşağa təsir etdiyini diqqətə çatdırıb.

“Həddindən artıq istilər getdikcə iqtisadiyyatları parçalayır, bərabərsizliyi genişləndirir, dayanıqlı inkişaf məqsədlərini pozur”, - deyə Antonio Quterreş bildirib.

BMT rəhbərinin sözlərinə görə, istilərin ildə yarım milyon insanı öldürəcəyi təxmin edilir ki, bu da tropik siklonlardan 30 dəfə çoxdur. O, hökumətlər, eləcə də özəl sektor, şəhərlər və bölgələr də daxil olmaqla, liderləri müvafiq istiqamətdə tədbirlər görməyə çağırıb.

İqlim fəaliyyətinin həm də maliyyə tələb etdiyini qeyd edən Baş katib COP29-un əhəmiyyətindən də danışıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM