satellite   Azerspace-1: 11135 H 30000

Güclü meşə yanğını Kanadanın qərbindəki turizm şəhərinin bir hissəsini məhv edib

Güclü meşə yanğını Kanadanın qərbindəki turizm şəhərinin bir hissəsini məhv edib

Güclü meşə yanğını Kanadanın qərbindəki “Casper” turizm şəhərini viran qoyub. Potensial olaraq şəhərin 50 faizə qədər ərazisi məhv olub.

Naxçıvan televiziyası “Reuters” agentliyinə istinadla xəbər verir ki, şəhər Alberta vilayətinin dağlıq Casper Milli Parkının mərkəzində yerləşir. Şəhər və park ildə 2 milyondan çox turist cəlb edir. Rəsmilərin hesablamalarına görə, bazar ertəsi ərazidən təxminən 25 min adam təxliyə edilib.

Albertanın Baş naziri Daniel Smitin sözlərinə görə, potensial ziyan 30-50 faiz təşkil edir, bu da əhəmiyyətli dərəcədə bərpa işləri tələb edəcək. O əlavə edib ki, yanğın hələ də nəzarətə alınmayıb.

Xilasedicilər üçün əsas problemlərdən biri alovun Edmontondan Vankuverə gündə 890 min barel neft daşıyan Trans Mountain neft kəmərinə toxuna biləcəyidir.

Federal hökumət və Albertanın digər şəhərlərinə qəza briqadaları göndərilib. Bundan əlavə, yaxın günlərdə əraziyə Meksika, Cənubi Afrika, Avstraliya və Yeni Zelandiyadan ümumilikdə 400 yanğınsöndürənin gələcəyi gözlənilir.

Hazırda Albertada 176 meşə yanğını ocağı tüğyan edir, onlardan 50-dən çoxu nəzarətdən çıxıb.

Aprel ayında federal hökumət yüksək temperaturların və meşələrin şiddətli qurumasının Kanadada meşə yanğınları üçün fəlakətə çevrilə biləcəyini bildirmişdi.

Kanada Parklar İdarəsinin məlumatına görə, Casperdəki yanğına səbəb bazar ertəsi ildırım və güclü külək olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM