satellite   Azerspace-1: 11135 H 30000

Tramp sui-qəsd cəhdinə məruz qaldığı şəhərdə yenidən mitinq keçirəcək

Tramp sui-qəsd cəhdinə məruz qaldığı şəhərdə yenidən mitinq keçirəcək

Respublikaçı Partiyasından prezidentliyə namizəd olan ABŞ-nin keçmiş prezidenti Donald Tramp sui-qəsd cəhdinə məruz qaldığı Pensilvaniya ştatının Batler şəhərində daha bir seçki mitinqi keçirəcəyini bəyan edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə siyasətçi ona məxsus olan “Truth Social” sosial şəbəkəsində yazıb.

“Mən Pensilvaniya ştatının Batler şəhərinə böyük və gözəl bir mitinq üçün qayıdacağam”, – Tramp öz səhifəsində qeyd edib.

Mitinqin tarixi dəqiqləşdirilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM