İsrail Müdafiə Ordusu Xan Yunisdə qalan əhalinin təxliyəsi ilə bağlı çağırış edib

İsrail Müdafiə Ordusu Xan Yunisdə qalan əhalinin təxliyəsi ilə bağlı çağırış edib

İsrail Müdafiə Ordusu (İDF) Xan Yunisin cənub məhəllələrində qalan əhalinin müvəqqəti olaraq Əl-Mavasidəki humanitar bölgəyə təxliyə olunması ilə bağlı çağırış edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə İDF-nin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, terror fəaliyyəti və Xan Yunisin cənub bölgəsindən İsrailə raket atışlarının davam etməsi səbəbilə bu ərazidə qalmaq təhlükəlidir, ona görə də mülki əhali evakuasiya edilməlidir:

"Bu səbəblə ərazidə müəyyən tənzimləmələr aparılır. Həmin tənzimləmələr HƏMAS-ın ərazidə terrorçu fəaliyyətini göstərən dəqiq kəşfiyyat məlumatlarına uyğun olaraq həyata keçirilir. Mülki əhaliyə dəyən zərəri azaltmaq və insanları döyüş bölgələrindən uzaq tutmaq üçün onlara ilkin xəbərdarlıq edilir. İDF terror təşkilatlarına qarşı əməliyyat həyata keçirmək üzrədir və bu səbəblə Xan Yunisin cənub məhəllələrində qalan əhalini müvəqqəti olaraq Əl-Mavasidəki humanitar bölgəyə təxliyə etməyə çağırır".

Məlumatda o da diqqətə çatdırılıb ki, müvəqqəti evakuasiya çağırışları sakinlərə yazılı və səsli mesajlar, telefon zəngləri, ərəb dilində media yayımları vasitəsilə çatdırılır:

"İsrail qəzzalı mülki əhalini terror fəaliyyətləri üçün canlı qalxan kimi istifadə edən HƏMAS-a qarşı fəaliyyətini davam etdirəcək".

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM