Çində qasırğa səbəbindən 27 min sakin təxliyə olunub

Çində qasırğa səbəbindən 27 min sakin təxliyə olunub

Çinin hakimiyyət orqanları Qaemi qasırğası və onun gətirdiyi yağıntılar səbəbindən ölkənin şimal-şərqindəki Lyaonin əyalətində 27 minə yaxın sakini təxliyə edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, şiddətli yağışlar nəticəsində region ərazisindəki 40 su anbarının səviyyəsi yüksəlib və daşqın təhlükəsi yaranıb. Anbarların operatorları sistematik olaraq suyu buraxmağa başlayıblar. Riskləri azaltmaq üçün bəndlərdə patrullar artırılıb.

Yüzlərlə kimya və mədən şirkəti daşqın təhlükəsi səbəbindən fəaliyyətini dayandırıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM