satellite   Azerspace-1: 11135 H 30000

İtaliyanın cənubunda quraqlıq səbəbindən fövqəladə vəziyyət elan olunub

İtaliyanın cənubunda quraqlıq səbəbindən fövqəladə vəziyyət elan olunub

İtaliyanın cənubunda yerləşən Kalabriya regionunda quraqlıq və içməli su çatışmazlığı səbəbindən fövqəladə vəziyyət elan edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Kalabriya regionunun rəhbəri Roberto Okchiuto fərman imzalayıb.

Fərmana əsasən, Krotone əyalətində və Reggio şəhərində ciddi içməli su çatışmazlığı ilə əlaqədar mülki müdafiə qüvvələrinin fövqəladə vəziyyəti elan olunub. Regional Mülki Müdafiə Departamenti və aidiyyəti bələdiyyələr əhaliyə yardımla bağlı atılacaq addımlara, ehtiyacların operativ şəkildə araşdırılmasına başlayıb.

Qeyd edək ki, həftəsonu İtaliya ərazisində anomal istilər müşahidə olunacaq. Bəzi bölgələrdə havanın temperaturu 40 dərəcəni ötəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM