satellite   Azerspace-1: 11135 H 30000

“SpaceX” orbitə daha 23 internet peyki çıxarıb

“SpaceX” orbitə daha 23 internet peyki çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan növbəti 23 “Starlink” peykini orbitə çıxarıb.

Naxçıvan televiziyası xəbər verir ki, daşıyıcı raket şənbə günü ABŞ-ın Şərq sahilləri vaxtı ilə saat 01:45-də Florida ştatının Kanaveral burnundakı Kennedi adına Kosmik Mərkəzdən start götürüb. Onun artıq 17-ci dəfədir istifadə olunan birinci pilləsi Atlantik okeandakı “Just Read the Instructions” platformasına şaquli eniş edib.

“SpaceX” 2019-cu ildən bəri kosmik fəzaya ümumilikdə 6,7 mindən çox peyk buraxıb. Hazırda onların 6,2 mindən çoxu işlək vəziyyətdədir.

Kompaniyanın qlobal layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın mini-peyk çıxarmağı hədəfləyir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM