satellite   Azerspace-1: 11135 H 30000

Fransada AES-lərə dair informasiyanın olduğu kompüterlər oğurlanıb

Fransada AES-lərə dair informasiyanın olduğu kompüterlər oğurlanıb

Fransanın Marsel şəhərində elektrik istehsal edən EDF şirkətinin podratçılarının birinin ofisindən 15 ədəd kompüter oğurlanıb.

Naxçıvan televiziyası “Figaro”ya istinadla xəbər verir ki, hadisə bazar günü baş versə də, şirkət məsələdən iyulun 30-da xəbər tutub.

EDF-in açıqlamasında bildirilir ki, oğurlanmış kompüterlərdə həssas informasiya yoxdur. Lakin polis bunun əksini söyləyib.

Faktla bağlı Marsel prokurorluğunda cinayət işi açılıb, oğurluğu törədənlərin axtarışı davam edir. Polisin yoxlaması zamanı binada heç bir müşahidə kamerasının olmadığı üzə çıxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM