satellite   Azerspace-1: 11135 H 30000

Makronun Mərakeşi dəstəkləməsi Əlcəzairlə münasibətlərdə böhrana səbəb olub

Makronun Mərakeşi dəstəkləməsi Əlcəzairlə münasibətlərdə böhrana səbəb olub

Əlcəzair Qərbi Sahara ilə bağlı Mərakeşin muxtariyyət planına Fransanın dəstəyinin artırılmasına etiraz olaraq Parisdəki səfirini dərhal geri çağırıb və Makron hökumətinin bu addımını pisləyib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb. Bildirilib ki, Emmanuel Makronun Mərakeş Kralı VI Məhəmmədə ünvanladığı məktub Rabat tərəfindən ictimailəşdirilib. Məktubda E. Makron təsdiqləyir ki, “Mərakeş planı” indi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ədalətli, davamlı və danışıqlar yolu ilə siyasi həllə nail olmaq baxımından yeganə əsasdır”.

Dövlət başçısı əlavə edib ki, Qərbi Saharanın bu günü və gələcəyi Mərakeşin suverenliyi çərçivəsindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM