satellite   Azerspace-1: 11135 H 30000

Qərb ölkələri Haniyənin qətli ilə bağlı bəyanat layihəsini bloklayıb

Qərb ölkələri Haniyənin qətli ilə bağlı bəyanat layihəsini bloklayıb

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ, Böyük Britaniya və Fransanın HƏMAS Siyasi Bürosunun rəisi İsmayıl Həniyənin qətli ilə bağlı Rusiyanın irəli sürdüyü bəyanat layihəsini rədd etdiklərini açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə diplomat BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

“ABŞ, Böyük Britaniya və Fransa Rusiyanın İsrailin vəhşiliyini pisləyən təklifini bloklayıblar”, – İrəvani çıxışında vurğulayıb.

Xatırladaq ki, daha əvvəl BMT TŞ-nin dövri sədri Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Həniyənin İranda öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası (TŞ) iyulun 31-də fövqəladə iclas keçirəcəyini açıqlamışdı.

İ.Həniyə iyulun 31-də İranın paytaxtı Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM