satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan: ABŞ-dəki prezident seçkilərinə qədər Ukraynada atəşkəsin olacağı istisna edilmir

Hakan Fidan: ABŞ-dəki prezident seçkilərinə qədər Ukraynada atəşkəsin olacağı istisna edilmir

ABŞ-dəki prezident seçkilərinə qədər Ukraynada atəşkəsin olacağı istisna edilmir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Sabah” nəşrinə müsahibəsində deyib.

Amma o, bundan əmin olmadığını diqqətə çatdırıb: “Bəlkə, müharibənin tempində yavaşlama olacaq. İctimai rəy artıq formalaşıb. Bu müharibə iki il yarımdır davam edir. Hər kəs öz limitlərini görür. Nüvə silahı tətbiq olunmadan hara qədər gedə bilinəcəyini də hər kəs anlayıb. Artıq hesab-kitab vaxtıdır”.

Xatırladaq ki, bu ilin noyabr ayında ABŞ-də prezident seçkiləri keçiriləcək.

Qeyd edək ki, Ukraynadakı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM