satellite   Azerspace-1: 11135 H 30000

İtaliyada bu il 221 kvadratkilometr ərazi yanıb

İtaliyada bu il 221 kvadratkilometr ərazi yanıb

Cari ilin yanvar-iyul ayları ərzində İtaliyada 615 yanğın baş verib və ümumilikdə 221 kvadratkilometr ərazi yanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi və Tədqiqat İnstitutu (ISPRA) məlumat yayıb.

Bildirilib ki, 2024-cü ildə meşə yanğınlarının təsirinə məruz qalan ərazidə indiyədək olan tendensiya 2006-2023-cü illərdəki orta tendensiyadan ciddi şəkildə fərqlənmir. Belə ki, iyirmi regiondan on ikisində yanğından zərər çəkmiş ərazilər var.

Siciliya, Kalabriya, Sardiniya və Apuliya regionlarında yanan ərazilər ölkə üzrə göstəricinin təxminən 85 faizini təşkil edir. Paytaxt Romada isə ümumilikdə 238 hektar meşə sahəsi yanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM