Ərdoğanla Bayden arasında telefon danışığı olub

Ərdoğanla Bayden arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

Bu barədə Naxçıvan televiziyası yerli mətbuata istinadən xəbər verir.

Telefon danışığında Türkiyə ilə ABŞ arasında əlaqələr, Qəzza məsələsi, regional və qlobal proseslər müzakirə edilib. Ərdoğan ABŞ-nin Nümayəndələr Palatasındakı görüntülərin Türkiyədə və dünyada böyük məyusluq doğurduğunu qeyd edib. Ərdoğan rəsmi Ankaranın Türkiyə-ABŞ əlaqələrinin hərtərəfli inkişafı istiqamətində addımlarını davam etdirəcəyini vurğulayıb.

Türkiyə Prezidenti eyni zamanda İsrailin son addımları ilə razılaşmadığını vurğulayıb.

Bayden Ərdoğana avqustun 1-də baş tutan maneəsiz girov mübadiləsini təmin etmək səylərinə görə təşəkkür edib.

Xəbər lenti
Zurab Sereteli vəfat edib

10:57 22.04.2025

Çox oxunan xəbərlər

CANLI YAYIM