satellite   Azerspace-1: 11135 H 30000

“Hizbullah” İsrail ordusunun 91-ci diviziyasının qərargahına hücum edib

“Hizbullah” İsrail ordusunun 91-ci diviziyasının qərargahına hücum edib

Livanın “Hizbullah” hərəkatının yaraqlıları kamikadze dronlar vasitəsilə İsrail ordusunun 91-ci diviziyasının qərargahına hücum ediblər.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əsgər və zabitlərin mövqelərinə hücum təşkil edilib.

"Birbaşa endirilən zərbə nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var", - məlumatda qeyd olunub.

Bildirilib ki, bu hücum İsrailin Livanın Bazuriya və Hula yaşayış məntəqələrinə endirdiyi zərbələrə cavabdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM