satellite   Azerspace-1: 11135 H 30000

ABŞ məhkəməsi “Google”u axtarış sistemi və reklam bazarında inhisarçı hesab edib

ABŞ məhkəməsi “Google”u axtarış sistemi və reklam bazarında inhisarçı hesab edib

Kolumbiya dairəsinin federal məhkəməsi qərara alıb ki, “Google” şirkəti axtarış sistemləri və internet reklamı sahəsində inhisarını qorumaq üçün bazardakı mövqeyindən sui-istifadə edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə məhkəmənin qərarında deyilir.

“Şahidlərin ifadələrini və sübutları diqqətlə nəzərdən keçirdikdən və qiymətləndirdikdən sonra məhkəmə belə bir nəticəyə gəlib: “Google” inhisarçıdır və öz inhisarını qorumaq üçün belə davranıb”, – federal hakim Amit Mehta qərar verib.

Məhkəmə qərara alıb ki, “Google” rəqibləri üçün internet axtarışı bazarının təxminən 90 %-ni bağlayıb və elektronika istehsalçısı “Apple” ilə müqavilə bağlayaraq “Google” axtarış sistemini “Safari” veb-brauzeri üçün standart axtarış sistemi edib. Korporasiya texnika istehsalçısı “Samsung” və mobil rabitə operatoru “Verizon” ilə də oxşar müqavilələr bağlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM