satellite   Azerspace-1: 11135 H 30000

Sorğu: Harris seçici dəstəyinə görə Trampı 4 faiz qabaqlayır

Sorğu: Harris seçici dəstəyinə görə Trampı 4 faiz qabaqlayır

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris Respublikaçılar Partiyasının namizədi Donald Tramp üzərindəki dəstək fərqini rekord 4 faiz bəndinə yüksəldib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Newsweek” jurnalı “Morning Consult”un keçirdiyi rəy sorğusunun nəticələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, sorğu iştirakçılarının 48 faizi prezident seçkilərində Harrisi dəstəkləməyə hazır olduğunu bildirib, respondentlərin 44 faizi isə Trampa üstünlük verib. Beləliklə, fərq Harrisin xeyrinə rekord səviyyəyə yüksələrək 4 faiz bəndinə çatıb.

Avqustun 2-dən 4-dək aparılan sorğuda qeydiyyatdan keçmiş 11 mindən çox amerikalı seçici iştirak edib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM