satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin ədliyyə naziri: Sosial şəbəkələr ölkə qanunlarına hörmətlə yanaşmalıdır

Türkiyənin ədliyyə naziri: Sosial şəbəkələr ölkə qanunlarına hörmətlə yanaşmalıdır

Sosial şəbəkələrə sahib olan bütün şirkətlərdən Türkiyə qanunvericiliyinin tələblərinə riayət etmək tələb olunur.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç çərşənbə axşamı jurnalistlərə ölkədə Instagram sosial şəbəkəsinə girişin bloklanması qərarını şərh edərkən deyib. “Heç kimin qanunla imtiyazı yoxdur. Qanun qarşısında hamımız bərabərik. Dövlət cinayətlərin qarşısının alınması istiqamətində, o cümlədən interaktiv məkanda addımlarını davam etdirəcək”.

Tunç Türkiyə İnformasiya Texnologiyaları və Rabitə Qurumunun (BTK) avqustun 2-dən respublikada Instagrama girişin bloklanması qərarını tamamilə haqlı adlandırıb.

Nazirin sözlərinə görə, BTK-nin Türkiyə Cinayət Məcəlləsinin maddələrində təsbit olunmuş cinayətlərlə mübarizə aparmaq hüququ var.

Ədliyyə Nazirliyinin rəhbəri xatırladıb ki, Cinayət Məcəlləsinin maddələrinə aid olan statuslarla bağlı sosial şəbəkə rəhbərliyi əvvəlcədən məlumatlandırılıb. “Sosial şəbəkələrdəki paylaşımlar Türkiyə vətəndaşlarının hisslərinə təsir etməməlidir. Bu məzmunlar silinərsə, Instagram sosial şəbəkəsinə giriş problemi avtomatik həll olunacaq. Hər şey çox sadədir”, -deyə Tunç vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM