satellite   Azerspace-1: 11135 H 30000

Hindistan Çinlə sərhəd yaxınlığında hərbi təlimlərə başlayıb

Hindistan Çinlə sərhəd yaxınlığında hərbi təlimlərə başlayıb

Hindistan Şərqi Ladax regionunda Çinlə sərhəd yaxınlığında genişmiqyaslı hərbi manevrlərə başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, Hindistan Müdafiə Nazirliyinin məlumatına görə təlimlərə silahlı qüvvələrin şimal komandanlığının zərbə ordusu korpusunun tank, artilleriya və piyada hissələri cəlb olunub. Manevrlərin məqsədi ən müasir silahlardan istifadə etməklə qoşunlara yüksək dağlıq ərazidə döyüş əməliyyatlarının yeni konsepsiyalarını aşılamaqdır.

Təlimlər Ladax regionunda Çinlə Hindistan arasında davam edən gərginlik və hər iki ölkə qoşunlarının sərhəd bölgələrindən çıxarılması istiqamətində davam edən səylər fonunda keçirilir.

Himalay dağlarında Hindistan və Çin arasında demarkasiya edilmiş sərhədin olmaması səbəbindən həmin bölgə onilliklər ərzində davam edən gərginlik mənbəyinə çevrilib. Pekin və Dehli arasında münasibətlər 2020-ci ilin mayında Şərqi Ladax regionunda silahlı qarşıdurma başlaması ilə kəskin şəkildə pisləşib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM