satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb

Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin uzadılması və ümumi səfərbərlik haqqında qanunları imzalayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Ali Radasının saytına istinadən məlumat yayıb.

Bildirilib ki, sözügedən qanunlar avqustun 12-dən etibarən, azı daha 90 gün, başqa sözlə, noyabrın 9-dək qüvvədə olacaq.

Qeyd edək ki, Ukraynada bu hüquqi rejim Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri artıq 12 dəfə uzadılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM