satellite   Azerspace-1: 11135 H 30000

Putin Ukraynanın Kurska hücumuna münasibət bildirib

Putin Ukraynanın Kurska hücumuna münasibət bildirib

“Kiyev rejimi mülki təyinatlı binalara hücum etməklə təxribata əl atıb”.

Naxçıvan televiziyası-ın TASS-a istinadən xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə müşavirədə deyib: "Kiyev rejimi növbəti genişmiqyaslı təxribata əl atıb. O müxtəlif növ silahlarlar və raketlərdən istifadə etməklə mülki obyektləri pərakəndə qaydada atəşə tutur”.

Qeyd edək ki, toplantıda Ukrayna tərəfdən silahlı hücuma məruz qalan Kursk vilayətində ümumi vəziyyət müzakirə olunub.

Son məlumata görə, Ukrayna ordusu dünən axşam saatlarında Rusiyanın sərhəddə yerləşən Kursk vilayətinə texnika və canlı qüvvə ilə hücum edib. Ukrayna ordusunun Rusiyanın içərilərinə doğru bir neçə kilometr irəlilədiyi bildirilir.

Kurskun atəşə tutulması nəticəsində 5 dinc sakinin həlak olduğu, 30-dək insanın yaralandığı barədə məlumat verilib.

Ərazidə şiddətli döyüşlər gedir. Rusiya Ukrayna hərbçilərinin hücumunu dayandırmaq və ölkə ərazisindən çıxarmaq üçün əlavə qüvvələr cəlb edir.

Vilayətdən ziddiyyətli xəbərlər gəlir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM