satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniya Livandakı vətəndaşlarının təxliyəsi üçün bölgəyə ordu göndərib

Böyük Britaniya Livandakı vətəndaşlarının təxliyəsi üçün bölgəyə ordu göndərib

Livandakı ölkə vətəndaşlarının tam şəkildə təxliyəsi üçün Mindən çox Britaniya əsgəri Yaxın Şərqdə hazır vəziyyətdədir.

Naxçıvan televiziyası xəbər verir ki, sərhəd qüvvələrinin rəsmiləri, konsulluq ekspertləri və britaniyalı əsgərlər genişmiqyaslı təxliyə də daxil olmaqla bir sıra mümkün münaqişə ssenariləri üçün bölgəyə göndərilib. Livanda yaşayan britaniyalıların qeydə alınması üçün yaradılan portalda isə 3 mindən çox britaniyalı qeydiyyatdan keçib. Xarici İşlər Nazirliyi ölkədə daha çox britaniyalının olduğunu bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Britaniyanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını müharibə təhlükəsi fonunda istənilən reys üzrə Livanı tərk etməyə çağırıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM