satellite   Azerspace-1: 11135 H 30000

Məsud Pezaşkian: Tehran İsrailə cavab vermək hüququnu özündə saxlayır

Məsud Pezaşkian: Tehran İsrailə cavab vermək hüququnu özündə saxlayır

Tehran İsrailə cavab vermək hüququnu özündə saxlayır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezaşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığında deyib.

Tərəflər həmçinin HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra yaranan regional gərginliyi müzakirə ediblər.

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahında öldürülüb. Bundan sonra İran rəsmiləri İ.Haniyənin qisasının alınacağı barədə bəyanat veriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM