satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada 7,1 bal gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Yaponiyada 7,1 bal gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Yaponiyada 6,9 və 7,1 bal gücündə ard-arda zəlzələ baş verib, Yaponiyanın cənubunda sunami xəbərdarlığı qüvvəyə minib.

Naxçıvan televiziyası Yaponiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Meteorologiya Agentliyinin məlumatına görə, sunami xəbərdarlığı Yaponiyanın cənubundakı Kyuşu və Sikoku adalarının sahilyanı rayonları üçün verilib. Yaponiyanın ictimai kanalı NHK bildirib ki, Miyazaki, Koçi və yaxınlıqdakı digər prefekturalarda dalğalarn hündürlüyünün bir metrə çatması gözlənilir.

Amerika Birləşmiş Ştatları Geoloji Xidmətinin məlumatına görə, 6.9 bal gücündə ilk zəlzələ Kyuşu adasında Miyazaki sahillərindən 20 mildən az məsafədə baş verib, bir dəqiqədən az müddət sonra 7,1 bal gücündə daha güclü zəlzələ baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM