satellite   Azerspace-1: 11135 H 30000

Parisdə saxta Olimpiya medalları satan şəxs saxlanılıb

Parisdə saxta Olimpiya medalları satan şəxs saxlanılıb

Fransa paytaxtı Parisdə saxta Olimpiya medalları satan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Le Parisien” nəşri polisdəki mənbəyinə istinadən məlumat yayıb.

Məlumata görə, Olimpiya Oyunlarının açılışına bir neçə gün qalmış Fransaya gələn cinayətdə şübhəli bilinən 39 yaşlı braziliyalı Parisin 12-ci dairəsindəki Bersi küçəsində üzərində 11 saxta medalla yaxalanıb.

Onun kirayə tutduğu mənzilə baxış zamanı müstəntiqlər 198 ədəd ipli, 666 ədəd ipsiz medal, 655 ədəd qızıl-zinət əşyası və üzərində “Paris 2024” emblemi olan 727 ədəd medal ipi, həmçinin 1 340 avro nağd pul və saxta 500 avro banknotu aşkar ediblər.

Qeyd edək ki, daha əvvəl Parisdə Olimpiadaya saxta bilet satışı ilə bağlı 6 cinayət işi açılmışdı.

Üstəlik, Olimpiya kəndində yaşayan idmançılar və məşqçilər şəxsi əşyalarının itməsi ilə bağlı polis bölməsinə şikayətə gediblər. Məsələn, Yaponiyadan olan reqbiçinin mənzilindən zinət əşyaları və 3 min avro pulu oğurlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM