satellite   Azerspace-1: 11135 H 30000

Yunanıstan aviaşirkəti Beyrut, Əmman və Təl-Əvivə uçuşların ləğvi müddətini uzadıb

Yunanıstan aviaşirkəti Beyrut, Əmman və Təl-Əvivə uçuşların ləğvi müddətini uzadıb

Yunanıstanın “Aegean Airlines” aviaşirkəti Yaxın Şərqdə gərginləşən münaqişə səbəbindən Beyrut (Livan), Əmman (İordaniya) və Təl-Əvivə (İsrail) uçuşların ləğv edilməsi qərarının qüvvədə olma müddətinin avqustun 13-dək uzadıldığını açıqlayıb.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

“Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar Beyruta (Rafik Həriri adına beynəlxalq hava limanı), Təl-Əvivə (Ben Qurion adına beynəlxalq hava limanı) və Əmmana (Kraliça Aliyə adına beynəlxalq hava limanı) bütün planlaşdırılmış reyslər 13 avqust 2024-cü il tarixinədək ləğv edilib. Ləğvin təsir etdiyi sərnişinlər, eləcə də 31 avqust 2024-cü ilə qədər Beyrut, Əmman və Təl-Əvivə uçmaq və ya oradan qayıtmaq istəyən sərnişinlər bizimlə əlaqə saxlaya və pulsuz olaraq 31 dekabr 2024-cü il tarixinədək yeni səyahət tarixlərini seçə bilərlər”, - məlumatda deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM