satellite   Azerspace-1: 11135 H 30000

Belarus Ukrayna ilə diplomatik münasibətləri kəsə bilər

Belarus Ukrayna ilə diplomatik münasibətləri kəsə bilər

Kiyev təxribatlarını davam etdirərsə, Belarus Ukrayna ilə diplomatik münasibətləri kəsə bilər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, avqustun 9-da Ukrayna dövləti ərazisindən buraxılan zərbə tipli pilotsuz uçuş aparatlar Belarus sərhədini pozub. Nəticədə hava hücumundan müdafiə sistemləri işə düşüb və PUA-lar məhv edilib.

Hadisə ilə əlaqədar Ukraynanın Belarusdakı müvəqqəti işlər vəkili Olqa Timuş Xarici İşlər Nazirliyinə çağırılıb.

“Ukraynalı diplomata sərt etiraz edilib və ona müvafiq nota təqdim edilib. Belarus tərəfi gələcəkdə regionda vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək oxşar hadisələrin qarşısının alınması üçün kompleks tədbirlərin görülməsini tələb edib. Ukraynalı diplomata xəbərdarlıq edib ki, belə təxribatlar təkrarlanarsa, Minsk Belarus ərazisini qorumaq üçün cavab addımları atmaq hüququnu özündə saxlayır”, - məlumatda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM