satellite   Azerspace-1: 11135 H 30000

Efiopiyada 6 milyard dollara Afrikanın ən böyük hava limanını tikiləcək

Efiopiyada 6 milyard dollara Afrikanın ən böyük hava limanını tikiləcək

Efiopiyanın paytaxtı Əddis-Əbəbə yaxınlığında Afrika qitəsinin ən böyük dəyəri 6 milyard dollar olan beynəlxalq hava limanı tikiləcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Fana” teleradiostansiyası məlumat yayıb.

“Ethiopian Airlines” qrupunun baş direktoru Mesfin Taseunun sözlərinə görə, bu hava limanı beş ildən sonra Bişoftu kurort şəhəri (Oromiya regionu) yaxınlığında, ölkənin paytaxtından 17 km aralıda yaradılacaq və onun sahəsi 35 kv.km olacaq.

Yeni beynəlxalq hava limanının birinci mərhələsi ildə 60 milyon sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulub və ikinci mərhələnin başa çatması ilə sərnişin tutumu 100 milyona qədər yüksələcək.

Artıq “Ethiopian Airlines” beynəlxalq konsaltinq qrupu olan “DAR” ilə Efiopiyanın yeni hava limanının dizaynını hazırlamaq üçün anlaşma memorandumu imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM