satellite   Azerspace-1: 11135 H 30000

İsrail HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsinə münasibət bildirib

İsrail HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsinə münasibət bildirib

HƏMAS hərəkatının avqustun 15-də Qəzza ilə bağlı danışıqların növbəti raundunda iştirakdan imtina etməsi Fələstin anklavında atəşkəs və girovların azadlığa buraxılmasına dair razılaşmanın əldə edilməsinə məhz kimin mane olduğunu dünyaya göstərir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu TASS-a İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman deyib.

“HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsi ilə bağlı bəyanatları girovların tezliklə qaytarılmasına və Qəzza zolağında atəşkəs cəhdlərinə kimin mane olduğunu bütün dünyaya nümayiş etdirir”, - o bildirib.

Gendelman qeyd edib ki, İsrail danışıqların növbəti raundunda iştirakını artıq təsdiqləyib, lakin məsləhətləşmələrin aparılacağı məkan hələ müəyyən edilməyib.

Xatırladaq ki, avqustun 9-da Misir, Qətər və ABŞ liderləri birgə bəyanat yayaraq İsrail və HƏMAS-ı avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəslə bağlı danışıqları bərpa etməyə çağırıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM