satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə ordusu İraqın şimalında 17 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu İraqın şimalında 17 terrorçunu zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında terrorçuların hədəflərinə hücum edərək azı 17 yaraqlını zərərsizləşdirib.

Naxçıvan televiziyası bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir.

Nazirlik qeyd edib ki, hava zərbələri “Pençe-Kilit” antiterror əməliyyatı aparılan əraziyə endirilib.

“Türkiyə Ordusu ölkə sərhədlərinin təhlükəsizliyini təmin etmək və regional təhlükəsizliyə töhfə vermək əzmindədir. Terrorçularla mübarizə davam etdiriləcək”, -deyə Müdafiə Nazirliyi əmin edib.

Bir gün əvvəl Türkiyə mediası Şimali İraqda yeni ordu istehkamları yaratmaq planları barədə məlumat vermişdi.

Son məlumatlara görə, Türkiyə Silahlı Qüvvələri tərəfindən ilin əvvəlindən Suriya və İraqda zərərsizləşdirilən terrorçuların sayı 1650-dən çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM