satellite   Azerspace-1: 11135 H 30000

Bir gündə 700-dən çox miqrant Böyük Britaniyaya keçib

Bir gündə 700-dən çox miqrant Böyük Britaniyaya keçib

Avqustun 11-də 700-dən çox miqrant 11 qayıqla La-Manş boğazını keçərək Böyük Britaniyaya gəlib.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə Britaniya Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bazar günü Britaniyaya qanunsuz yollarla keçən 11 qayıqda 703 nəfərə rast gəlinib. Bu isə hər qayıqda orta hesabla 64 nəfərin olduğunu göstərir.

Qeyd edək ki, 2024-cü ildə kiçik qayıqlarla Böyük Britaniyaya keçən qanunsuz miqrantların ümumi sayı 18 min 342 nəfərdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM