satellite   Azerspace-1: 11135 H 30000

Belqorod vilayətində regional səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq olunub

Belqorod vilayətində regional səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq olunub

Rusiyanın Ukrayna ilə sərhədyanı Belqorod vilayətində regional səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib.

Qubernator həmçinin “regionda federal səviyyəli fövqəladə vəziyyət rejiminin tətbiqi tələbi ilə hökumət komissiyasına müraciət olunacağını” vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin davamlı atəşi və hücum cəhdləri səbəbindən Belqorod vilayətində vəziyyət son dərəcə çətin və gərgin olaraq qalır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM