satellite   Azerspace-1: 11135 H 30000

Litvanın müdafiə naziri: Rusiya hərbçiləri Kalininqraddan Kurska göndərilir

Litvanın müdafiə naziri: Rusiya hərbçiləri Kalininqraddan Kurska göndərilir

Litvanın müdafiə naziri Laurinas Kaşşünas Rusiya qoşunlarının ölkənin Avropadakı anklavı olan Kalininqrad vilayətindən qızğın döyüşlərin getdiyi Kursk vilayətinə göndərildiyini bildirib.

Naxçıvan televiziyası “Azadlıq Radiosu”nun Ukrayna xidmətinə istinadən xəbər verir ki, bu barədə Baltikyanı ölkənin naziri avqustun 13-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə deyib.

“Mən Litva xalqına deyirəm: görün ukraynalılar sizin üçün necə vuruşur, çünki onların mübarizəsinə görə Rusiya Kalininqraddan qoşunlarını çıxarmalıdır. Hətta biz bunu Kalininqradın “demilitarizasiyası” adlandırırıq ki, bu da sizin hərbçilərin şücaəti, qərarlarınız sayəsində baş verir”, – “Azadlıq Radiosu” Kaşşünasdan sitat gətirib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsini ələ keçirdiyini açıqlamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM