satellite   Azerspace-1: 11135 H 30000

Dövlət Departamenti: ABŞ-nin İraqdan qoşunlarını çıxarmaq planı yoxdur

Dövlət Departamenti: ABŞ-nin İraqdan qoşunlarını çıxarmaq planı yoxdur

Vaşinqton və Bağdad ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etmir.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

"Biz heç bir mərhələdə ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etməmişik, lakin təhlükəsizlik sahəsində tərəfdaşlığı genişləndirməyə davam edirik”, - Patel bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik sahəsində əməkdaşlıq qarşılıqlı sadiqlik və regional marağa əsaslanır.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin keçmiş rəhbəri Morqan Ortaqus ”X” sosial şəbəkəsində yazıb ki, Prezident Cozef Baydenin başçılıq etdiyi hazırkı Amerika administrasiyası çox güman ki, tezliklə İraqdan qoşunların çıxarılması ilə bağlı razılaşmanı elan edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM