satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda leysan və daşqınlar nəticəsində 195 nəfər ölüb

Pakistanda leysan və daşqınlar nəticəsində 195 nəfər ölüb

Pakistanın müxtəlif bölgələrində yağan leysan yağışları və onların səbəb olduğu daşqınlar nəticəsində 195 nəfər ölüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsinə istinadən məlumat yayıb.

Daha 362 nəfərin xəsarət aldığı deyilir. Son 24 saat ərzində yeddi sakin həlak olub.

Daşqınlardan ən çox Pəncab əyaləti zərər çəkib.

Avqustun 19-da Pakistanın müxtəlif bölgələrində güclü yağış gözlənilir ki, bu da İslamabad, Ravalpindi, Qucranvala, Lahor, Şeyxupura, Kasur, Sialkot, Sarqodha, Faisalabad və Pişəvarda daşqınlara səbəb ola bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM