satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: Türkiyənin mövcud konstitusiyası mənasını itirib

Ərdoğan: Türkiyənin mövcud konstitusiyası mənasını itirib

Türkiyənin mövcud konstitusiyası mənasını itirib.

Naxçıvan televiziyası “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "1982-ci il əvəzinə 2023-cü il konstitusiya simpoziumu" kitabına yazdığı “Ön söz”də qeyd edib.

O bildirib ki, yeni konstitusiya liberal olmalı və cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir.

Ərdoğan yazıb ki, regionda və dünyada önəmli rol oynayan Türkiyə hazırkı konstitusiyaya layiq deyil: “Zamanın ruhuna uyğun, cəmiyyətə dinamika qazandıran, Türkiyəyə layiq, sivil, demokratik konstitusiyaya ehtiyac var”.

Dövlət başçısı vurğulayıb ki, yeni konstitusiya bərabərlik prinsipini, azadlığı və ədaləti əsas götürməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM