satellite   Azerspace-1: 11135 H 30000

Çində güclü yağışlar 11 nəfərin ölümünə səbəb olub

Çində güclü yağışlar 11 nəfərin ölümünə səbəb olub

Çinin şimal-şərqindəki Huludao (Lyaonin əyaləti) şəhərində güclü yağış ciddi fəsadlar törədib.

Bu barədə Naxçıvan televiziyası Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir.

Qeyd olunub ki, güclü yağışlar nəticəsində 11 nəfər həlak olub, daha 14 nəfər itkin düşüb.

Yollara, elektrik xətlərinə, rabitə şəbəkələrinə, evlərə və əkin sahələrinə ciddi ziyan dəyib. Təbii fəlakətdən 188 757 nəfər zərər çəkib və dəymiş ziyan 10,3 milyard yuan (təxminən 1,44 milyard ABŞ dolları) həcmində qiymətləndirilir.

Eyni zamanda 9 magistral və 210 kənd yolunda nəqliyyatın hərəkəti dayandırılıb, 187 körpü zədələnib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM