satellite   Azerspace-1: 11135 H 30000

BMT Sudanda vəba epidemiyası ilə bağlı xəbərdarlıq edib

BMT Sudanda vəba epidemiyası ilə bağlı xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı hesabata görə, Sudanın beş əyalətində vəbaya 658 yoluxma və 28 ölüm halı qeydə alınıb. Ölüm hallarının nisbəti 4,3 faiz təşkil edib. Daşqınlar, eləcə də məcburi köçkün düşərgələrində və icmalarda su, gigiyena və sanitar şəraitin son dərəcə acınacaqlı vəziyyətdə olması Sudanda yeni xolera dalğasını sürətləndirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə BMT-nin mətbuata açıqlamasında bildirilib.

ÜST-nin hesabatına əsasən, Kassala əyalətində 473, Gedarefdə 110 və Əl-Jazirahda isə 51 yoluxma halı qeydə alınıb. Xartum və Nil çayı tərəfdə isə yoluxma sayı nisbidir. Yeni yoluxma dalğasının 2023-cü ilin sentyabrında elan edilmiş əvvəlki epidemiya ilə əlaqəsi yoxdur.

BMT-dən həmçinin bildirilib ki, Kassala əyalətinin iki rayonunda vəbaya qarşı üçgünlük peyvənd kampaniyası başa çatıb. Ancaq yoluxma halları hələ də çoxalmaqdadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM