satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: Ukraynada ballistik raketin sınağı uğurlu keçib

Zelenski: Ukraynada ballistik raketin sınağı uğurlu keçib

Ukrayna öz ballistik raketini uğurla sınaqdan keçirib.

Naxçıvan televiziyası “RBC Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransı zamanı bildirib.

“Ukraynanın ilk ballistik raketinin sınağı müsbət olub”, - o vurğulayıb.

V.Zelenski təfərrüatları açıqlaya bilməyəcəyini söyləyib.

Ukrayna Prezidenti, həmçinin “Palyanitsa” dron-raketini xatırladıb və onun çox ciddi vasitə olduğunu qeyd edib.

Qeyd edilir ki, böyük ölçülü "Palyanitsa" dron-raketi uzaq məsafələrə uçmaq qabiliyyətinə malikdir. Eyni zamanda hədəfləri havada vurmağa imkan verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM