satellite   Azerspace-1: 11135 H 30000

Paşinyana alma atan 71 yaşlı ahılı xuliqan kimi cəzalandırmaq istəyirlər

Paşinyana alma atan 71 yaşlı ahılı xuliqan kimi cəzalandırmaq istəyirlər

Ermənistanın 71 yaşlı sakini Albert Arstamyan baş nazir Nikol Paşinyana alma atdığına görə Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan əməli törətməkdə ittiham olunub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə vəkil Roman Yeritsyan bildirib.

Vəkil qeyd edib ki, Arstamyan almanı özü atdığını etiraf edib, lakin bu əməlin xuliqanlıq kimi təsnif edilməsi ilə razılaşmadığını bildirib. İstintaq əməliyyat-istintaq qrupu tərəfindən aparılır.

Cinayət Məcəlləsi ittiham olunan cinayət əməlinə görə aşağıdakı cəzaları nəzərdə tutur: maksimum 1 500 000 erməni dramı məbləğində cərimə və ya səksən saatdan yüz əlli saata qədər davam edən ictimai işlər; azadlığın 2 ildən çox olmayan müddətə məhdudlaşdırılması və ya bir aydan çox olmayan qısamüddətli həbs.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM