satellite   Azerspace-1: 11135 H 30000

Şarl Mişel Qətər əmiri ilə bərpa olunan enerji məsələlərini müzakirə edib

Şarl Mişel Qətər əmiri ilə bərpa olunan enerji məsələlərini müzakirə edib

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə ilk dəfə keçiriləcək Aİ - Körfəz Əməkdaşlıq Şurası (GCC) Sammitini müzakirə edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə o, "X" də yazıb.

Aİ Şurasının Prezidenti bildirib ki, bu sammit tərəflər arasında siyasi dialoqun strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması üçün fürsət olacaq:

"Körfəz Əməkdaşlıq Şurasının sədri kimi dəstəyiniz çox vacibdir. Bu sammit bizim tərəfdaşlığımızı və siyasi dialoqumuzu strateji səviyyəyə qaldırmaq üçün fürsət olacaq. Biz bir çox sahələrdə birgə fəaliyyətimizi dərinləşdirəcəyik. Bərpa olunan enerji, iqlim dəyişikliyi ilə mübarizə, ticarət və investisiyalar, xalqlar arasında əlaqələri gücləndirmək həmin sahələr sırasındadır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM