satellite   Azerspace-1: 11135 H 30000

İtaliyada daşqın və torpaq sürüşməsi baş verib

İtaliyada daşqın və torpaq sürüşməsi baş verib

İtaliyada şiddətli leysan yağışlarından sonra sel, daşqın və torpaq sürüşməsi baş verib.

Naxçıvan televiziyası xəbər verir ki, ölkənin şimal və mərkəzi regionlarında iki gündür davam edən aramsız yağışlar çayları məcrasından çıxarıb, müxtəlif bölgələrdə torpaq sürüşməsinə səbəb olub. Kampaniya regionunun Talaniko qəsəbəsində torpaq sürüşməsi nəticəsində iki nəfər itkin düşüb. Axtarış-xilasetmə işlərinə yanğınsöndürənlər və təhlükəsizlik qüvvələri cəlb olunub.

Kaserta, Avellino və İrpiniya bölgələrində evləri və iş yerlərini su basıb, maşınlar yollarda su altında qalıb. Təbiət hadisəsi şəhərlərdə infrastruktura böyük ziyan vurub.

Emilia-Romanya regionunda tufan, leysan yağışları və güclü külək nəqliyyatın hərəkətində problemlər yaradıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM