satellite   Azerspace-1: 11135 H 30000

Rəsmi Moskva: Ermənistanla Cənubi Qafqazda sabitliyin artırılması üçün birgə əməkdaşlıq öhdəliyimiz var

Rəsmi Moskva: Ermənistanla Cənubi Qafqazda sabitliyin artırılması üçün birgə əməkdaşlıq öhdəliyimiz var

Rusiya və Ermənistanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin artırılması məsələlərində əməkdaşlıq etmək öhdəliyi var.

Naxçıvan televiziyası “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin “Böyük müqavilə”nin imzalanmasının ildönümü münasibətilə yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, Rusiya və Ermənistan siyasi, iqtisadi, hərbi, elmi, mədəni və digər sahələrdə əməkdaşlığı gücləndirir.

Avqustun 29-da Ermənistan və Rusiya arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilənin imzalanmasının 27 ili tamam olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM